"Xəzər Lənkəran" Super Liqa klubuna məğlub oldu YENİLƏNİB

21:23 - 14 İyul 2015

Hazırlıq matçı

 

2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Xəzər Lənkəran” bu gün ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Yunis Hüseynovun yetirmələri Kapadokya bölgəsində gerçəkləşən təlim-məşq toplanışındakı ikinci sınağında “Kasımpaşa” ilə üz-üzə gəlib.

                             

Üç gün əvvəl aşağı dəstə klubu “Niğdespor”a minimal hesabla (1:0) qalib gələn “ağ-yaşıllar” Superliqa təmsilçisinə də gücünü göstərməyə çalışacaq. Cənubluların ikinci sınağı Nevşehir stadionunda baş tutub. Matçda Super Liqa təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

 

Yoxlama oyunu

 

14 iyul

19:30. “Kasımpaşa” (Türkiyə) – “Xəzər Lənkəran” (Azərbaycan) 2:0

Qol: Malki Büyüksal, 42,44

Nevşehir stadionu

Xəbər xətti