Hakimlərimiz də başladı

11:31 - 14 İyul 2015

Polşaya yollanıblar

 

Hakimlərimiz Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün hazırlıqlarına başlayıblar.

 

Sportal.az xəbər verir ki, ədalət təmsilçilərimiz bu məqsədlə Polşaya yollanıblar.

 

Onlar iyulun 27-nə qədər Varka şəhərinə təlim-məşq toplanışında iştirak edəcəklər. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun başçılıq etdiyi heyətdə 15 baş hakim, 17 laysman yer alır.

 

Qeyd edək ki, toplanışa yalnız Premyer Liqa oyunlarına təyinat alan referilər yollanıblar.

Xəbər xətti