Nurlan Novruzov Sportal.az-a danışdı: "Bu gün, ya da sabah müqavilə bağlayacağım klubun adını biləcəksiz"

12:50 - 14 İyul 2015

Qarşıma böyük hədəflər qoymuşam

 

"Son günlər mətbuat ancaq mənimlə bağlı yazır, bu sevindirici haldı. Pis olan amil isə hər dəfə bir klubla müqavilə bağladığımı yazırlar. Mənə elə gəlirki, hər həftə bir klubun adını yazıb öz aləmlərində yaxşı iş gördüklərini düşünürlər."

 

Bu sözləri Sportal.az-a açıqlamasında Premyer Liqanın bombardiri Nurlan Novruzov deyib. Gənc hücumçu bir neçə klubla danışıqlar apardığını bildirib:

 

"İndi onu demək istəyirəm ki, bəli mənim bu klublarla danışığım olub, amma o demək deyil ki, mən müqavilə bağlayıram. Hər klubla danışıqlarım olur, klubların şərtləri ilə bəzən razılaşa bilmirəm, çünki məndən qabaq burda oynayan futbolçularımızın başına gələnləri bilirsiz. Ona görə də diqqətli olmalıyam. 22 yaşım var, qarşıma böyük hədəflər qoymuşam. Bu gün ya da sabah müqavilə bağlayacağım klubun adını sizinlə bölüşəcəyəm."

Xəbər xətti