"İnter"lə "Simurq" Premyer Liqada çıxışlarını davam etdirəcəklər
AFFA prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərin suallarını cavablandırıb..
Sportal.az xəbər verir ki, “Bakı"nın yeni mövsümdən yenidən Premyer Liqada çıxış etməsinin mümkünlüyü haqda suala cavabında AFFA prezidenti deyib: "Bakı”nın yeni mövsümdən Premyer Liqaya qayıtmasından söhbət gedə bilməz. Komanda birinci divizionda oynayacaq. Çünki son mövsümü axırıncı yerdə bitirib. Amma təbii ki, birinci divizionun qalibi olacağı halda yenidən elitada çıxış edə bilər. "İnter"lə "Simurq"a gəlincə, onlar Premyer Liqada çıxışlarını davam etdirəcəklər".
saytlarin hazirlanmasi