"Rudar"ın baş məşqçisi: "Qarabağ" əsl Avropa komandasıdı"

21:09 - 14 İyul 2015

"Bilirik ki, maddi imkanları yaxşıdı"

 

“Sabah bizi çətin oyun gözləyir. “Qarabağ”ı yaxşı tanıyırıq”.

 

Sportal.az xəbər verir ki, bunu “Rudar”ın baş məşqçisi Mirko Mariç deyib. Monteneqro çempionu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında sabah “Qarabağ”ın qonağı olacaq. Mariç oyun öncəsi mətbuat konfransında şansları dəyərləndirib:

 

“Qarabağ” ötən mövsüm Avroliqanın qrup mərhələsində oynayıb. Heyətini də qoruya bilib. Ötən aylarda da onların bəzi oyunlarını izlədik. Fikrimcə, əsl Avropa komandasıdı. Rəqibə hörmətlə yanaşırıq. Amma futbolda bəzən uduzub, bəzən qələbə qazana bilirsən. Biz sabah uğurlu nəticə qazanmağa çalışacağıq”.

 

Baş məşqçi “Qarabağ”ın futbolçularını yaxşı tanıdığınıı bildirib: “Qarabağ”da köhnə futbolçular çoxluq təşkil edir. Bilirik ki, maddi imkanları yaxşıdı. Futbolçularının da səviyyəsi çox yüksəkdi”.

 

Mariç Monteneqronun digər təmsilçisi “Mladost”un “Neftçi” ilə Avroliqa oyunları barədə də fikrini bildirib: “Mladost”la “Neftçi”nin hər iki oyununa baxmışdıq. Ancaq “Qarabağ” “Neftçi”dən daha güclüdü. Bu baxımdan bizim işimiz daha çətin olacaq”. (Apasport.az)

Xəbər xətti