"Mənim Bolu şəhərinə gəlməyimin əsas məqsədi "Boluspor"un prezidenti ilə transfer barədə danışmaq və keçidin detallarını müzakirə etmək idi. Amma danışıqlar istədiyim kimi olmadı. Qaldı ki, baş məşqçinin istefa verməsi, mən də bunu mətbuatdan oxudum. Hazırda da Ankaradayam. Bütün fikrimi transferimə vermişəm. Başqa şeylərə vaxt ayıra bilmirəm"
"Boluspor"la danışıqlarımız elə Boluda da qaldı. Artıq başqa bir neçə klubla danışıqlar aparıram. Yaxın günlərdə yeni komandamı məhz sizin vasitənizlə açıqlayacam. Transferimin belə vaxt almasında da, nəsə bir xeyirin olduğunu dşünürəm. Menecer dediniz. Amma mən bilmədim söhbət kimdən gedir. Mən transfer danışıqlarımı özüm aparıram, menecerə ehtiyacım yoxdu. Azərbaycanda güclü menecer olsaydı, futbolumuz indi belə səviyədə olmazdı. "Elazığspor"un prezidenti Selçuk bəy və "Boluspor"un başqanı Savaş bəylə də özüm danışmışam".