Tahir Gözəl: "Təbii ki, nəticəyə görə təəssüfləndim"

00:45 - 16 İyul 2015

"Futbolçulara dedim ki..."

 

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında  "Rudar"la 0:0 hesablı heç-heçəyə imza atdı.

 

Sportal.az-a açıqlamasında oyun haqda fikirlərini bildirən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bunları qeyd edib:

 

"Qarabağ" həmişəki kimi pressinq futboluna üstünlük verdi. Amma nəticə istədiyimiz kimi olmadı. Təbii ki, nəticəyə görə təəssüflənirəm. Lakin oyundan sonra paltardəyişmə otağlna daxil oldum və futbolçulara dedim ki, sizə güvənirəm. Növbəti oyunda meydana çıxın və Ağdam klubu olaraq xalqımızı, qaçıqnlarımızı sevindirin".

Xəbər xətti