"Onlar bizi daha yaxşı təhlil edə biliblər"
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Rudar"la 0:0 hesablı heç-heçəyə imza atdı.
Sportal.az-a açıqlamasında oyun haqda fikirlərini bölüşən "Qarabağ"ın futbolçusu Coşqun Diniyev bunları qeyd edib:
"Oyunun çətin keçəcəyini bilirdik. "Qarabağ" gözdə olan komandadı. Ardıcıl 2-ci dəfə avrokuboklarda çıxış etməyimiz və ötən mövsümü Avropa Liqasında qrup mərhələsində oynamağımız rəqibin bizi daha yaxşı təhlil etməsinə imkan verdi. Onlar da, biz də yaxşı oyun sərgiləməyə çalışdıq. Onlar müdafiədə oynamağa üstünlük verdilər. Bu da təbii ki, bizim qol imkanlarımızı azaldır. Ancaq bir neçə epizodumuz oldu. Lakin yararlana bilmədik. İrəlidə cavab matçı var. Hələ heç nə həll olunmayıb. Səfərdə meydana çıxıb qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Turnirdə zəif rəqib olmur. İkinci matça qədər rəqibi daha da yaxşı təhlil edəcəyik. Bəlkə də bizə səfərdə ilk matçdan daha san olacaq. Bunu öncədən söyləmək olmaz. Oyun günü hər şəy bəlli olacaq".
Bu matçla "Qarabağ"ın heyətində ilk rəsmi matçını keçirən Diniyev bu hissin gözəl olduğunu bildirib:
"Təbii ki, ilk rəsmi matçımda Çempionlar Liqası kimi möhtəşəm turnirdə oynamağım mənə gözəl hisslər bəxş edir. İnşallah növbəti oyunlarda öz oyunumla "Qarabağ"a daha çox xeyir verə bilərəm. Bu oyunda mənə şans verdiyi üçün Qurban Qurbanova öz təşəkkürümü bildirirəm".
saytlarin hazirlanmasi