UEFA Avropa Liqası
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə təmsilçilərimizdən "İnter" və "Qəbələ"nin növbəti mərhələdəki potensial rəqibləri müəyyənləşib.
“Qəbələ” "Çukariçki" səddini keçə bilsə, "Apollon" (Kipr) - "Trakay" (Litva) cütünün qalibi ilə qarşılaşacaq.
“İnter” isə səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Hafnarfyordur"u keçsə, III təsnifat mərhələsində İspaniyanın “Atletik” (Bilbao) klubu ilə üz-üzə gələcək.