"Arxayınlaşmaq olmaz"
Avropa Liqasının II təsnifat mərhələsində səfərdə İslandiya "Hafnarfyordur"u 2:1 hesabı ilə məğlub edən Bakı "İnter"i sərfəli nəticə ilə vətənə qayıdır.
Sportal.az-a açıqlamasında "bankirlər"in gənc futbolçusu Fuad Bayramov oyun və növbəti mərhələ şansları haqda danışıb:
"Düzdü, komanda maliyyə cəhətdən çətinlik çəkir. Amma dünən keçirilən oyunda komanda meydanda canını qoydu. Biz bu nəticəni vuruşmaqla qazandıq. Burda bizə çətin olacaq. Arxayınlaşmaq olmaz. Öz meydanımızda da çalışacağıq ki, sərfəli nəticə qazanaq və azarkeşlərimizi sevindirək. Onu da qeyd edtməliyəm ki, baş məşqçimiz cavan yerli oyunçulara üstünlük verən məşqçidi. Biz bunu Kaxaber Tsxadadzenin vaxtında da görürdük. Zaur Svanadze də bizim kimi cavanlara daim dəstəkdi. Bu oyunda da 3 cavan futbolçuya start heyətdə güvənməsi hər şeydən xəbər verir. "İnter" heç Azərbaycan çempionatında start heyətə 3 cavan oyunçu salmayıb. Biz də çalışırıq ki, baş məşqçinin ümidlərini doğruldaq".
saytlarin hazirlanmasi