Yoxlanış üçün Türkiyəyə gəlir
Növbəti mövsüm hazırlıqlarını Türkiyədə davam etdirən "Kəpəz" daha bir futbolçunu yolxanışa dəvət edib.
Sportal.az xəbər verir ki, "Kapaz FC" "facebook" səhifəsinə açıqlamasında məlumatı təsdiqləyən slovakiyalı müdafiəçi İvan Pexa yaxın günlərdə "Kəpəz"in heyətinə qoşulacaq. Yoxlanışdan sonra onun komandada qalıb-qalmayacağı dəqiqləşəcək.
Qeyd edək ki, 29 yaşlı müdafiəçinin son klubu Estoniyanın "Levadiya" klubu olub. Pexa Azərbaycanda "Xəzər Lənkəran" və "Rəvan" kimi klubların da şərəfini qoruyub.
saytlarin hazirlanmasi