"Qarabağ"la cavab görüşündə tələsməyəcəyik"
Çempionlar Liqasının II təsnifat mərhələsində doğma meydanda "Qarabağ"la qarşılaşacaq "Rudar"ın baş məşqçisi Mirko Mariç iddialı fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, Monteneqro mətbuatına açıqlamasında Mariç bunları qeyd edib:
"Seltik"lə oyun gözəl tamaşa və işimizin zirvəsi olacaq. Ancaq bu haqda danışmaq çox tezdir. Çünki bizi "Qarabağ"la çətin cavab görüşü gözləyir. Sadəcə, "Seltik"lə oyun barədə soruşdular və buna görə də cavablandırdım. Hazırda bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik. İlk oyunda olduğu kimi "Qarabağ" yenə cütün favoritidir. Bakıda məqsədimiz qol buraxmamaq idi ki, buna da nail olduq. Cavab görüşündə də tələsməyəcəyik. Çünki evdə qol buraxmaqdansa, hesabın açılmaması daha sərfəlidir. Səbirli, məsuliyyətli və intizamlı oynasaq, mərhələni keçə bilərik".
Qeyd edək ki, iyulun 22-də keçiriləcək "Rudar" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.