"Xəzər Lənkəran" fransalı futbolçu barədə qərarını verdi

00:01 - 20 İyul 2015

Komandada qalır

 

Xəbər verdiyimiz kimi, fransalı hücumçu Limam Seydi Türkiyədə toplanışını davam etdirən "Xəzər Lənkəran"ın heyətinə qatılıb.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, klub artıq 29 yaşlı futbolçu barədə qərarını verib. Belə ki, "Milan"ın yetirməsi olan futbolçu komandada qalacaq. 

 

Qeyd edək ki, seneqal əsilli futbolçu "Antalya Kundu Spor”la oyunun 70-ci dəqiqəsindən sonra "Xəzər Lənkəran" formasında meydana çıxıb.  

Xəbər xətti