"Ağsu"nun yeni transferi: "Neftçi"də 3-cü qapıçı olmaqdansa..."

00:36 - 20 İyul 2015

"Uğur qazanmağa gəlmişəm"

 

Xəbər verdiyimiz kimi, "Neftçi"nin qapıçısı Ruzi Qiyaslı 1 illik icarə əsasında "Ağsu"da çıxış edəcək.

 

Sportal.az-a açıqlamasında Qiyaslı maraqlı fikirlər səsləndirib:

 

"Buraya oynamaq üçün və klubun uğurlarına uğur qatmaq üçün gəlmişəm. Məqsədim "Ağsu"nun heyətində çempion olmaqdı. "Neftçi"də qalsaydım bu il 3-cü qapıçı olacaqdım. Mən isə oynamaq istəyirəm. "Neftçi"də 3-cü qapıçı olmaqdansa, I Divizion klubunda 1-ci qapıçı olmaq daha yaxşıdır. Amma məqsədim "Neftçi"yə qayıtdıqdan sonra ən azı 2-ci qapıçı olmaqdı".

Xəbər xətti