"Karşıyaka" ilə razılığa gəlib
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev karyerasını Türkiyənin “Karşıyaka” komandasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, təcrübəli qapıçı ilə klub rəhbərliyi arasında danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Önümüzdəki günlərdə rəsmi müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Kamran Ağayev son mövsümü Türkiyənin “Kayserispor” klubunda keçirmişdi.
saytlarin hazirlanmasi