Premyer Liqanın yayım hüququ satılır: 1 milyon manata

17:29 - 20 İyul 2015

Tender elan edir

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası  Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə əlaqədar tender elan edir.

 

Sportal.az xəbər verir ki, tenderin qalibi olmaq istəyən televiziya kanalları üçün  şərtlər aşağıdakılardır:
 


- Premyer Liqanın hər tur minimum 2 oyun canlı  yayımlansın

 

- Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın

 

- AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın

 

Tenderin məbləği 1 (bir) milyon manatdır.  Bu  vəsait  Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.

 

Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq.

 

Tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.

 

Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək. Tenderdə iştirak üçün son müraciət tarixi 3 avqust  2015-ci ildir.

Xəbər xətti