Premyer Liqaya yüksələn "Rəvan" baş məşqçisi ilə yollarını ayıracaq?

00:09 - 21 İyul 2015

Müqaviləsi bitib...

 

Xəbər verdiyimiz kimi, "Simurq"un əvəzinə növbəti mövsümdə Premyer Liqada "Rəvan" çıxış edəcək.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, "Rəvan"ın baş məşqçisi Ramil Əliyevin klubla olan müqaviləsi başa çatıb. Əliyevlə I Divizionun növbəti mövsümündə komandanın başında olacağı barədə ilkin razılıq əldə olunsa da, klubun Premyer Liqaya yüksəlməsi baş məşqçi dəyişikliyi ilə nəticələnə bilər.

 

Qeyd edək ki, klubdaxili iclasdan sonra Ramil Əliyevin komandada qalıb-qalmayacağına aydınlıq gələcək.

Xəbər xətti