"Xəzər Lənkəran"ın gənc hücumçusu: "Limitə görə yox, öz oyunumla əsas heyətdə oynamaq istəyirəm" MÜSAHİBƏ

15:56 - 21 İyul 2015

"Komandanın əsas məqsədi çempion olmaqdı"

 

Növbəti mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən “Xəzər Lənkəran”ın gənc hücumçusu Elnur Cəfərovun Sportal.az-a müsahibəsi:

 

- Komandanın toplanışı necə gedir?

- Toplanış yaxşı gedir. Fiziki cəhətdən yaxşı durumdayıq. Komanda artıq komplekləşib.

 

- Artıq yoxlama matçları da keçirmisiniz. Komandanın bu oyunlarda göstərdiyi performansdan razısan?

- Komandaya yeni futbolçular cəlb olunub. Onların da komandaya uyğunlaşması üçün vaxt lazımdı. Bizim üçün 1-ci matç ən çətin oyun oldu. Getdikcə futbolçular bir-birinə uyğunlaşacaq və daha da yaxşı oyun sərgiləyəcək.

 

- Ötən mövsümün ikinci hissəsində komanda gənclərə yer verdi və sən də əsas heyətin üzvlərindən biri idin. İndi isə heyət güclənib. Əsas heyətdə yer üçün rəqabətdən çəkinmirsən?

- Düzdür,ötən mövsüm “Xəzər Lənkəran” cavanlara üstünlük verdi. Əsas heyətdə yer almaq elə də çətin deyildi. Bu il limit məsələsi də var. Lakin mən limitə görə yox, öz oyunumla əsas heyətdə oynamaq istəyirəm.

 

- “Xəzər Lənkəran” son illərdə azarkeşlərin gözlədiyi nəticəni verə bilmir. Bu il komandanın əsas məqsədi nədir?

- Komandadın əsas məqsədi çempion olmaqdı. Çempion olmasaq da, hər hansı bir uğur qazanmağı çox istəyirik. Ola bilsin, ilk oyunlarımız alınmasın. Lakin getdikcə hər şey yaxşı olacaq. Bunun üçün də azarkeşlərin bizə inam və dəstəyi çox vacibdir.

 

- Heyətə çox sayda yeni futbolçular qoşulub. Komanda olaraq istədiyiniz oyunu göstərmək üçün nə qədər vaxt lazımdı?

Ən azı 1-2 oyuna biz istədiyimiz şəkildə oynaya biləcəyik. Ondan sonra da inanıram ki, uğurun ardı gələcək və çempionluq uğrunda oynayacağıq.

Xəbər xətti