"Altelik" nə "Barselona", nə də "Real"dı
Ciddi maliyyə sıxıntıları olan “İnter”in Avropa Liqasında uğurlu çıxış etməsi kluba yeni nəfəs verib. Mötəbər turnirdə iştirak, keçilən hər mərhələyə görə qazanılan pullar “İnter”in maliyyə durumunu düzəltmək üçün əla vasitədir.
Artıq bəllidir ki, “İnter” – “Hafnafyordur” cütünün qalibi Avropa Liqasının 3-cü mərhələsində İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq. “İnter”in səfərdə İslandiya klubunu məğlub etdiyini nəzərə alsaq, məhz bizim təmsilçimizin “Atletik”ə rəqib olacağını ehtimal etmək olar. Bu halda isə “İnter” İspaniya klubu ilə oyunda teleyayım hüququnun satışından da yaxşı qazanc əldə edə bilər. Bu barədə Futbolinfo.az saytına danışan “İnter”in prezidenti Georgi Nikolov “Atletik”lə oyunu təxminən 500 min avroya satacaqlarına ümid etdiyini deyib.
Bu məsələ ətrafında araşdırma aparan Sportal.az “Atletik”lə matçın yayım hüququnun hansı qiymətə satıla biləcəyini müəyyənləşdirib. “İnter”in teleyayımdan böyük pullar qazanmaq niyyətində olması anlaşılandı. Amma bazar qiymətləri bu oyunun 500 min avroya satılacağını şübhə altına sayır. Apardığımız araşdırmalar onu göstərir ki, “İnter” yayım hüququnu 80-120 min avro arasında bir rəqəmə sata bilər. Nəzərə almaq lazımdır ki, “Altelik” nə “Barselona”, nə də “Real”dı. Bilbao klubu o qədər də böyük imkanlara sahib deyil ki, 500 min avroya teleyayım hüququ alsın. Hər halda, “İnter” cəhd eləyib böyük pullar tələb edə bilər. Amma...
saytlarin hazirlanmasi