"Çox gözəl komandadır"
Avropa Liqasının II təsnifat mərhələsində keçirilən "Qəbələ" - "Çukariçki" (2:0) matçından sonra Serbiya təsmilçisinin baş məşqçisi Vladan Miloyeviç maraqlı fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Mİloyeviç bunları qeyd edib:
"120 dəqiqəlik oyuna hazır idik. Amma belə bir açıq oyuna hazır deyildik. “Qəbələ”nin bu cür oynayacağını gözləmirdik. Bakıya bir qol üçün gəlmişdik. Təəssüflər olsun ki, bacarmadıq. Əgər şanslarımızdan istifadə etsəydik, qələbə qazanardıq. Rəqibin vurduğu hər iki qol bizim futbolçuların səhlənkarlığından oldu. Bəxtimiz də üzümüzə gülmədi. Rəqibin heyətində bir oyunçunu fərqləndirmək istəməzdim. “Qəbələ” ümumilikdə yaxşı komandadı, heyətində güclü futbolçular çoxdu. Onu da deyim ki, biz bir neçə gün əvvəl Serbiya çempionatında ağlr oyun keçirdik. Uzun yol qət etmək də bizi yordu.
saytlarin hazirlanmasi