Cavid Hüseynov: "Bizim çatışmayan cəhətimiz odur ki..."

11:04 - 24 İyul 2015

"Hətta 5-ci qolu da vura bilərdik"

 

Avropa Liqasının II təsnifat mərhələsində "Çukariçki"ni 2:0 hesabı ilə məğlub edən "Qəbələ" tarix yazaraq adını növbəti mərhləyə yazdırıb.

 

Sportal.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Cavid Hüseynov oyun və növbəti mərhələ haqqında maraqlı fikirlər səsləndirib:

 

"Ordakı məğlubiyyətimizin bəhanəsi kimi çıxmasın, amma səfər matçında stadionun ot örtüyü bərbad vəziyyətdə idi. Soyunub-geyinmə otağı da ideal vəziyyətdə deyildi. Təbii ki, bu da bizə mənfi təsirini göstərirdi. Bu oyunda isə hər şey istədiyimiz kimi getdi. Biz birlik-bərabərlik nəticəsində qələbə qazandıq. Azarkeşlərə gözəl atmosfer yaratdıqları üçün təşəkkür edirəm. 2-ci hissədə bir neçə epizoddan yararalana bilmədik. Ümumiyyətlə bizim çatışmayan cəhətimiz odur ki, son nöqtəni qoya bilmirik. Bunun üzərində isə işləmək lazımdır. Sona yaxın bir az yorğunluq oldu. Buna  da səbəb meydanda tapşırığlarımızın çox olması və toplu və ya topsuz daim hərəkətdə olmağımız idi. Növbəti mərhələdəki rəqibimiz "Apollon" haqqında isə çox da məlumatım yoxdur. Mən millinin heyətində də Kiprdə oynamışam. Orada ermənilərin Kiprə dəstəyini də görmüşdüm. Ona görə də, bizim üçün səfər matçının çətin keçəcəyini indidən söyləmək olar".

Xəbər xətti