Rusiyada keçiriləcək
FİFA 2017-ci ildə Rusiyada təşkil olunacaq Konfederasiyalar kubokunun təqvimini açıqlayıb.
Sportal.az xəbər verir ki, turnirin açılış oyunu iyunun 17-də Sankt-Peterburqun "Petrovski" arenasında baş tutacaq.
Yarımfinal oyunları iyunun 28 və 29 tarixlərində Kazan və Soçidə keçiriləcək. Üçüncü yer uğrunda görüş və final isə iyulun 2-ə təsadüf edəcək.
Hazırda Konfederasiyalar kubokunun 4 iştirakçısı məlumdur. Rusiya ilə yanaşı, Dünya çempionu Almaniya, Asiya kubokunun sahibi Avstraliya və Amerika Kubokunun sahibi Çili iştirakçılar arasında olacaq.
saytlarin hazirlanmasi