1 illik müqavilə imzalanıb
Milli komandamızın qapıçısı Kamran Ağayevin karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, təcrübəli əlcək sahibi Türkiyə 1-ci Liqasında çıxış edən "Karşıyaka" klubuna transfer olunub. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Xəbəri saytımıza açıqlamasında "Karşıyaka" klubunun təmsilçisi, menecer Asim Musayev də təstiqləyib.
Qeyd edək ki, Kamran Ağayevin son klubu Türkiyənin "Kayserispor" klubu olmuşdu. O, bu komanda ilə Türkiyə 1-ci Liqasında çempionluq yaşamışdı.
saytlarin hazirlanmasi