Yeni mövsümə hazırlıq görən “Porto” klubu Münhenqladbax “Borussiya”sı ilə yoxlama matçı keçirib.
Sportal.az xəbər verir ki, ilk yoldaşlıq matçında “Duysburq”a 2:0 hesabı ilə qalib gələn Portuqaliya təmsilçisi bu dəfə məğlubiyyətlə üzləşib.
Ötən oyun “Porto”nun heyətində debüt edən İker Kasilyas “çərçivə”sini toxunulmaz saxlasa da, münhenqladbaxlılarla görüşdə ispaniyalı kiper bunu bacarmayıb. “Borussiya” klubuna 2:1 hesabı ilə məğlub olduqları oyunda “Porto”nun yeni transferi qapısında bir qol görüb.