Norveç millisinin baş məşqçisi qrupu dəyərləndirdi
"Çox maraqlı, bir qrupa düşdük. Təbii ki, Almaniya qrupun favoritidir. Onları məğlub etmək çətin olacaq".
Sportal.az xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Per Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis Azərbaycan və Çexiyanın tanış rəqiblər olduğunu bildirib:
"Çexiya və Azərbaycan yığması tanış rəqiblərdir. Çexiya ilə daha öncə qarşılaşmışıq və həmin oyunda 2:2 heç-heçə qeydə alınıb. Azərbaycan millisiylə AÇ-2016-nın seçmə mərhələsində iki dəfə üz-üzə gəlmişik. Şimali İrlandiya və San Marino da yaxşı komandalardır. Ancaq bizim məqsədimiz qrupda ikinci olmaq və pley-off mərhələsində iştirak etməkdir".
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin C qrupunda yer alan Azərbaycan millisi Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino yığma komandaları ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi