"Qrupumuzun favoritləri Almaniya və Çexiyadır"
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis çox güclü qrupa düşdüyümüzü qeyd edib: "Biz çox güclü qrupa düşmüşük. Ancaq indi fikrimizi Xorvatiya və Malta ilə keçirəcəyimiz oyunlara yönəltmişik. Qrupumuzun favoritləri Almaniya və Çexiyadır. Qrupda yaxşı çıxış etmək üçün əlimizdən gələni etməyə çalışacağıq".
saytlarin hazirlanmasi