5 gün ərzində imzalar atılacaq
Növbəti mövsüm Premyer Liqada iddialı olmağı planlaşdıran "Kəpəz" baxışda olan braziliyalı futbolçu Dario Frederiko Da Silva ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, "Kapaz FC" "facebook" səhifəsində yer alan məlumatda 23 yaşlı futbolçu növbəti mövsüm "Kəpəz"də top qovacaq. Onunla 5 gün ərzində rəsmi müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Dario Frederiko da Silvanın son iş yeri Portuqaliyanın "Trofense" klubu olub. 23 yaşlı hücumçu Sequnda Liqa klubunda 47 oyun keçirib və 3 qol vurub. Braziliyalı futbolçu əvvəllər vətənində "Flamenqo SP" və "Marilia" klublarında çıхış edib.
saytlarin hazirlanmasi