Rusiya futbolunun gələcəyi Ramil və Ayaz, onları geri qaytarmaq olarmı? VİDEO

13:37 - 28 İyul 2015

Kimlərin dalınca düşməmişik ki?

 

Təxminən 1 həftə əvvəl Rusiyanın 19 yaşlılardan ibarət yığma komandası Avropa ikincisi oldu. Sevindirici hal isə o komandada əslən azərbaycanlı olan iki futbolçunun yer almasıdı. Hücumçu Ramil Şeydayev bombardi, yarımmüdafiəçi Ayaz Quliyev isə ən yaxşılardan oldu. Bu isə yenidən Rusiyada yetişən azərbaycanlı futbolçular mövzusunu gündəmə gətirir. Niyə biz hələ də onları yığmaya gətirə bilmirik? Bunu araşdırmağa çalışdıq.
 

Sportal.az xəbər verir ki, Rusiyanın gələcəyi sayılan iki futbolçu - Ramil Şeydayev və Ayaz Quliyev. Bunu biz yox, rusiyalı futbol adamları, həmkarlarımız deyir.19 yaşlılar arasında Avropa çempionatında ikincilikdən sonra isə bu şəxslərin əsl vətəni haqda bir rus belə düşünmək istəmir.
 

Rusiyada azərbaycanlı axtarışımız birinci dəfə deyil. Kimlərin dalınca düşməmişik ki? Aleksandr Səmədov, Emin Mahmudov…

 

Ancaq o zaman da təxminən indiki problemlərlə qarşılaşırdıq. Onlar vətənləri ilə gələcək arasında seçim etməkdə çətinlik çəkirdilər.

 

Bu futbolçulara ilk ehtiyacı olan isə sözsüz ki, elə U 19 yığmamızdı. Bu yaş qrupuna isə 1991-96-cı illərdə karyerasının ən parlaq dövrünü Rusiyada keçirmiş bu ölkənin çempionu olmuş, amma həmin vaxt şimal qonşumuzun təklifindən imtina etmiş Nazim Süleymanov rəhbərlik edir.

 

Süleymanov da bu gün onları komandasında görmək istəyir. Amma indiki durumda bunun çətin olduğunu da qəbul etməyə məcburdu. Səbəblər isə çoxdu. Azərbaycanı seçəcəkləri halda bu futbolçuların legioner sayılmaları, klublarla olan ağır müqavilələri, Rusiya yığmasının reytinqi və 2018-ci il dünya çempionatı… (Xəzər TV)

 

Xəbər xətti