Ronni Deyla: "Rəqib anlamalıdı ki, burada çıxış etmək o qədər də asan deyil"

21:22 - 28 İyul 2015

"Müdafiəmizi buna görə qurmalıyıq"

 

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Seltik"in baş məşqçisi Ronni Deyla mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, o, maraqlı oyun olacağını qeyd edib: "Çempionlar Liqasında iştirak etmək istəyən iki komanda qarşılaşacaq və bu da çox maraqlı olacaq".

 

Norveçli mütəxəssis "Qarabağ"ın sürətli futbol oynadığını bildirib:  "Rəqibimiz çox yaxşı komandadı. Hücumda sürətlə çoxala bilirlər və cəld qərarlar verirlər. Bundan əlavə rəqibin cinah müdafiəçiləri olduqca sürətlidi. Biz bütün bunları nəzərə almalı və müdafiəmizi buna görə qurmalıyıq. Gərək meydanda hər şeyi rəqibdən daha yaxşı edək. Rəqibə hörmət eləməli və diqqətlə müdafiə olunmalıyıq".  

 

Sonda Ronni Deyla azarkeşlərin təzyiqini gözlədiklərini deyib: "Biz "Seltik Park"da oynayacağıq. Azarkeşlərdən elə ilk dəqiqələrdən yüksək təzyiq gözləyirik. Rəqib anlamalıdı ki, burada çıxış etmək o qədər də asan deyil".

Xəbər xətti