Kapitan razılaşdı
"Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilənin müddətini artırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən klub kapitan Aleksandr Çertoqanov ilə 1 illik sazişə imza atıb. Çertoqanov ötən mövsüm olduğu kimi bu mövsümdə də 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 35 yaşlı Çertoqanov 2014/2015 mövsümündə "Sumqayıt" Futbol Klubunda ən çox oyun keçirmiş 3 futbolçudan biridir. O, ümumilikdə 30 qarşılaşmada 2564 dəqiqə meydanda olub.
Əlavə edək ki, bu barədə ilk xəbəri Sportal.az saytı yaymışdı. http://sportal.az/?goal=news&id=58884
saytlarin hazirlanmasi