"Qlazqoda çətinlik çəkdik"
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Seltik"ə 0:1 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında maraqlı fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, Qurbanov cavab oyununda azarkeşlərə güvəndiyini bildirib:
"Çox maraqlı və gərgin oyun alındı. Qarşılaşmadan əvvəl məğlub ola biləcəyimizi demişdim. Rəqibimiz yaxşı komanda olduğunu göstərdi, Qlazqoda çətinlik çəkdik. "Seltik"in baş məşqçisini və futbolcularını təbrik edirəm. Mən komandamdan razıyam, yaxşı oyun nümayiş etdirdi. Hesab edirəm ki, bizi Azərbaycan azarkeşlərinin dəstəyi altında çox maraqlı cavab oyunu gözləyir. Qlazqoda 10 minlərlə azarkeş qarşısında oynamaq xoş təəssürat yaratdı. "Qarabağ"ın da "Seltik" kimi fanat ordusu var. Onlar bizim qələbə qazanıb mərhələ adlamağımız üçün bizə böyük dəstək verəcəklər".
Qeyd edək ki, "Qarabağ" və "Seltik" arasında cavab görüşü avqustun 5-də, Bakıda saat 21:30-da başlanacaq.
saytlarin hazirlanmasi