"Qəbələ" Kiprdən bərabərliklə dönür YENİLƏNİB

00:14 - 31 İyul 2015

Sərfəli nəticə qazana biləcək?

 

"Qəbələ" bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, səfərdə Kipr klubu “Apollon”la qarşılaşan "Qəbələ" sərfəli nəticə əldə edib. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

 

 

30 iyul

 

22:00. "Apollon" (Limassol, Kipr) - "Qəbələ" (Azərbaycan)  1-1

QOLLAR: Kolokoudias, 14 - Cavid Hüseynov, 95

 

Baş hakim: Sergey Boyko

Yan xətt hakimləri: Aleksandr Korniyko, Vladimir Volodin 

Dördüncü hakim: Anatoli Abdula (hamısı Ukrayna)

Larnaka. "Antonis Papadopulos" stadionu

Xəbər xətti