“Növbəti mərhələyə adlamaq çox çətindir”
“Atletik” layiqli qələbə qazandı. Bütün çətinliklərə rəğmən gösətrdik ki, güclü rəqiblə də oynaya bilirik”.
Sportal.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Avropa Liqası III tur ilk oyununda “Atletik”lə qarşılaşan (0:2) paytaxt klubunun baş məşqçisi oyun haqqında fikirlərini bildirib:
“Növbəti mərhələyə adlamaq çox çətindir. Bəzi oyunçular ilk dəfədir belə atmosferdə oynayırlar. Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərə bildilər. Cavab oyun tamam fərqli olacaq. Açığı, itirəcəyimiz heç nə yodur. Bütün gücümüzü ikinci oyuna sərf edəcəyik. Azərbaycanda hava çox istidir və biz süni meydanda oynayırıq. Bütün bunlar oyunun gedişatına təsir edəcək”.
saytlarin hazirlanmasi