3 illik müqavilə imzalanıb
2014-2015-ci il Azərbaycan Premyer Liqasının bombardiri, "Bakı"nın futbolçusu Nurlan Novruzovun karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, gənc forvard Türkiyə 1-ci Liqa təmsilçisi "Elazığspor"la anlaşıb. O, Elazığ təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Saytımıza açıqlamasında futbolçu özü də xəbəri təsdiqləyib.
Qeyd edək ki, Nurlan Novruzov artıq "Elazığspor"un düşərgəsindədi.
saytlarin hazirlanmasi