"Güclü rəqibə qarşı fantastik oyun keçirdik"
Kiprin "Apollon" klubunun baş məşqçisi Pedro EmanuelAvropa Liqasının III təsnifat mərhələsinin "Qəbələ" ilə keçirilən ilk matçından sonra fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis cavab oyununda mərhələ keçməyə çalışacaqlarını qeyd edib: "Güclü rəqibə qarşı fantastik oyun keçirdik . Ardıcıl 5-ci oyunda da qapımızı toxunulmaz saxlamaq istəyirdik. Amma sonda qol buraxdıq. Ümumilikdə, çox yaxşı iki komandanın qarşılaşmasının şahidi olduq. Futbolçularım nəticədən çox məyusdu. Lakin hələ heç nə bitməyib. Biz səfərdə mərhələ adlamağaçalışacağıq. Hesab edirəm ki, bizbunu bacaracaq gücdəyik. Hakim ədəbsiz jest göstərən rəqib futbolçunu cəzalandırmalı idi. Lakin referi bunu etmək əvəzinə oyunu dayandırdı".
Qeyd edək ki, “Qəbələ” – “Apollon” oyunu avqustun 6-da keçiriləcək
saytlarin hazirlanmasi