FİFA-dan sərt cəza: -6 xal!

13:07 - 1 Avqust 2015

FİFA-ya edilən şikayətlərə görə

 

Sonuncu mövsümdə Premyer Liqada 9-cu yeri tutan və bu səbəbdən də I diviziona düşən “Bakı”ya növbəti zərbə FİFA-dan gəlib.

 

Sportal.az Futbolxəbər.az-a istinadən xəbər verir ki, ali futbol qurumu paytaxt klubunu cəzalandırıb.

 

FİFA-nın qərarına əsasən, “Bakı” yeni mövsümdə I diviziona -6 xalla başlamalıdı. Bu qərar klubdan FİFA-ya edilən şikayətlərə görədir.

 

Belə ki, komandadan ayrılan futbolçular maaşlarını ala bilmədikləri üçün FİFA-ya şikayət ünvanlayıblar. 

Xəbər xətti