Klublarımızın avrokuboklardakı çıxışı ilə əlaqədar
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turunun oyunlarının vaxtlarında bəzi dəyişikliklər olacaq.
Sportal.az xəbər verir ki, bu, klublarımızın avrokuboklardakı çıxışı ilə əlaqədardır.
Avqustun 8-də keçirilməsi planlaşdırılan "Neftçi" - "Kəpəz" matçı ertəsi günə keçiriləcək. Qarşılaşmanın oynanılacağı "Bakcell Arena"da avqustun 6-da "Qəbələ" Kipr "Apollon"unu qəbul edəcək. Stadionun ot örtüyünün çox yüklənməməsi üçün oyundan-oyuna fasilə 3 günə çatdırılacaq.
Avqustun 9-na nəzərdə tutulan "Xəzər Lənkəran" - "İnter" və "Qəbələ" - "Qarabağ" qarşılaşmaları da bir gün ertələnəcək. Səbəb elə "Qəbələ" ilə "İnter"in bundan 3 gün öncə Avroliqa oyunlarına çıxmalarıdır. "Qarabağ" Şotlandiya "Seltik"ini avqustun 5-də qəbul edəcəyindən, "Qəbələ" ilə səfər matçına hazırlıq üçün kifayət qədər vaxta malik olacaq. Amma "Qəbələ"nin ixtiyarında bir gün az vaxt olacaq. Üstəlik, oyunun Bakıda deyil, Qəbələ şəhər stadionunda keçirilməsi də nəzərə alınaraq, görüş avqustun 10-na keçiriləcək.
Qeyd edək ki, ilk turun avqustun 8-də keçiriləcək "Rəvan" - "Sumqayıt" və ertəsi günə nəzərdə tutulan "Zirə" - AZAL matçlarının vaxtı dəyişdirilməyəcək.
saytlarin hazirlanmasi