Olayın təfərrüatları
Bu gün bəzi mətbu orqanlarda "Bakı" ilə məlumat yayılıb. Bildirilir ki, sonuncu mövsümdə Premyer Liqada 9-cu yeri tutan və bu səbəbdən də I Diviziona düşən kluba növbəti zərbə FİFA-dan gəlib. Belə ki, ali futbol qurumu paytaxt təmsilçisini cəzalandırıb.
FİFA-nın qərarına əsasən, “Bakı” yeni mövsümdə I Diviziona -6 xalla başlamalıdı. Bu qərar klubdan FİFA-ya edilən şikayətlərə görədi. Burdan ayrılan futbolçular maaşlarını ala bilmədikləri üçün FİFA-ya şikayət ünvanlayıblar.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, proses heç də təqdim olunduğu kimi baş verməyib. Əslində, FİFA "Bakı"nı cəzalandırmayıb. Qurumdan gələn xəbərdarlıq məktubudu. 2010-2011-ci illərdə "Bakı"nın şərəni qorumuş Adnan Barakat FİFA-ya pulunun ödənilməməsi ilə bağlı şikayət ünvanlayıb. "Zolaqlılar"ın heyətində 43 oyuna çıxmış əslən mərakeşli Hollandiya vətəndaşı müqaviləsinin birtərəfli pozulmasını və təzminat almamasını əsas gətirib.
Qurum məsələni araşdırıb və legioneri haqlı çıxarıb. "Bakı"ya avqustun üçüncü rübünədək vaxt verilib. Əgər həmin tarixədək təzminat ödənilməsə, bəli, FİFA onda paytaxt klubunun xalına "çökəcək". Bu, "Bakı" ilə Barakat arasında danışıqlardan da asılıdı. "Zolaqlılar" qarşı tərəflə təzminatın hissə-hissə ödənilməsinə dair razılığa gəlməlidi ki, onsuz da ağrıyan başına yüzüncü dəsmalı bağlamasın.
saytlarin hazirlanmasi