"Karşıyaka" bu mövsüm penaltidən qol buraxmayacaq"
Xəbər verdiyimiz kimi, millimizin qolkiperi Kamran Ağayev Türkiyə PTT 1-ci liqa təmsilçisi "Karşıyaka" ilə 1 illik müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, "Karşıyaka"da "qapıçılar kralı" adlandırılan Ağayev Türkiyənin "Yeni Asır" qəzetinə açıqlama verib. Həmin açıqlama ilə siiz tanış edirik:
"Mən dolu tribunalar önündə daha yaxşı motivasiya oluram. "Karşıyaka" azarkeşlərinin çoşqusu məni ruhlandıracaq. "Karşıyaka" bu mövsüm penaltidən qol buraxmayacaq. "Kayserispor"dan tanıdığım komanda yoldaşlarım və baş məşqçimiz Cüney Dumlupınar "Karşıyaka"ya imza atmağımda böyük rol oynadılar".
saytlarin hazirlanmasi