SON DƏQİQƏ "Qarabağ" qanunsuz bilet satışı ilə bağlı bəyanat yaydı

19:47 - 2 Avqust 2015

Sabahdan bərpa olunacaq

 

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Seltik" qarşılaşmasının biletləri bugün satışa çıxıb. Qarşılaşmaya olan hədsiz maraq kassalar önündəki toplaşan izdihamdan bəlli idi.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" rəsmi saytı vasitəsilə qanunsuz bilet satış barədə bəyanat yayıb. Həmin bəyanatla sizi tanış edirik:

 

"Təəssüf ki, qarşılaşmaya olan kütləvi maraqdan istifadə edən bəzi `işbazlar` qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən "Qarabağ" FK tərəfindən kassalar bağlanmış, hüquq mühafizə orqanlarına müraciət edilmiş və qeyri-leqal satışla bağlı tədbir görülmüşdür.

Sabah səhərdən etibarən satış yenidən bərpa olunacaq. "Qarabağ" FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla "işbaz" ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız".

Xəbər xətti