"Bizim fikrimiz yoxdur ki, bu futbolçuları sataq"
"Neftçi" Türkiyədə təlim-məşq toplanışını tamamlayaraq vətənə qayıdıb. Bu toplanış zamanı "flaqman" son yoxlama matçında ulduz futbolçu Samuel Etonun şərəfini qoruduğu "Antalyaspor"u 2:0 hesabı ilə məğlub edib.
"Ağ-qaralar"ın baş məşqçisi Samir Əliyev bu matç haqda Sportal.az-a açıqlamasında maraqlı nüanslara toxunub:
"Bu qələbə mənim üçün sevindirici oldu, çünki bu komandaya baş məşqçi təyin olunduqddan sonra ilk oyun idi ki, qol buraxmayaraq qələbə qazandıq. Bu matçda bəzi epizodlardan yararlana bilməsək də, bütün futbolçulara şans verdik. Bu oyunumuzda da xeyli səhvlərimiz oldu, çalışacağıq ki, bu səhvləri düzəldək.
"Antalyaspor"la oyundan sonra rəqibin baş məşqçisi Yusuf Şimşək bizə yaxınlaşdı və komandamızın 4 futbolçusunun onun diqqətini çəkdiyini bildirdi. Bizim fikrimiz yoxdur ki, bu futbolçuları sataq. Hətta müəyyən məbləğ təklif etsələr də, heç bir futbolçunu buraxmayacağıq. Bu 4 futbolçunun adlarını çəkməyəcəm".
saytlarin hazirlanmasi