Premyer Liqada 23 ilin rekordçuları

12:47 - 3 Avqust 2015

23 çempionatda 2680 futbolçu

 

Bu həftə Premyer Liqada 24-cü mövsümün ilk oyunları baş tutacaq. Nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla, arxada qalan 23 çempionatda 2680 futbolçu iştirak edib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 1992-ci ildə start götürən yarışda ən çox oyun keçirən futbolçu Mahmud Qurbanovdur. 421 oyuna çıxan sabiq yarımmüdafiəçi Azər Məmmədovdan 23, Aslan Kərimovdan 29 matç öndədir. Karyerasını davam etdirən oyunçulardan yalnız ikisi – Rəşad Abdullayev və Rəşad Sadiqov ilk 10 futbolçu arasında yer alıb.

 

23 ildə 1275 futbolçu rəqib qapısına qol vurub. Bombardirlər siyahısına 183 dəfə fərqlənən Nazim Əliyev başçılıq edir. O, Müşfiq Hüseynovdan 58 qol çox vurub. 3-cü olan Rövşən Əhmədov ən sərrast oyunçu Əliyevdən 67 top geri qalır. İlk 10 pillədə qərarlaşanların hər biri futbolçu karyerasını başa vurub.

 

Premyer Liqada ən çox oyun keçirən 10 futbolçu

 

1.

Mahmud Qurbanov

421

2.

Azər Məmmədov

388

3.

Aslan Kərimov

382

4.

Aqil Məmmədov

363

5.

İsmayıl Məmmədov

351

6.

Rəşad Abdullayev

337

7.

Kənan Kərimov

327

8.

Rəşad Sadiqov

318

9.

Nadir Nəbiyev

316

10.

Mübariz Orucov

311

 

Premyer Liqanın 10 ən yaxşı bombardiri

 

1.

Nazim Əliyev

183

2.

Müşfiq Hüseynov

125

3.

Rövşən Əhmədov

116

4-5.

Qurban Qurbanov

115

 

Samir Ələkbərov

115

6.

Alay Bəhramov

108

7.

Nadir Nəbiyev

103

8-9.

Xaqani Məmmədov

102

 

Vadim Vasilyev

102

10.

Kənan Kərimov

101

Xəbər xətti