"Elazığspor" - Cavid İmamverdiyev məsələsində son durum: Danışıqlar davam edir

13:30 - 3 Avqust 2015

"Türkiyəyə qayıtmayacam"
 
Ötən mövsümü icarə əsasında "Elazısğpor"da keçirən Cavid İmamverdiyev mövsümün ikinci yarısında Türkiyə klubunun baş məşqçisi Ümit Özatla problem yaşayaraq əsas komandadan uzaqlaşdırılmışdı. "Neftçi" ilə "Elazığspor"un anlaşmasına görə isə, icarə müddəti başa çatdıqdan sonra Türkiyə klubu istəsə, müəyyən məbləğ qarşısında İmamverdiyevi transfer etmək hüququna malikdir. 
 
İmamverdiyev bu məsələ haqda son durumu Sportal.az-a açıqlamasında bildirib:
 
"Bəli, hazırda hər iki klub rəhbərliyi arasında danışıqlar davam edir. Yəqin ki, bu məsələ çempionat başlayana qədər həll olunacaq və "Neftçi" forması ilə meydana çıxacam. Onu deyim ki, Türkiyəklubuna qayıtmamağım dəqiqdir".

Xəbər xətti