Qurban Qurbanov: "Oyun gününə kimi meydança ideal vəziyyətə gəlməsə..."

16:40 - 3 Avqust 2015

Baş məşqçidən Respublika stadionun son vəziyyətinə münasibət
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Seltik”lə cavab oyununun oynanılacağı Respublika stadionuna baxış keçirib.
 
Sportal.az supersport.az-a istinadən xəbər verir ki, mərkəzi arenaya gədən təcrübəli mütəxəssis açıqlamasında bildirib:
 
"Meydançanın durumu haqda düşünmürük, xeyirlisi belədir. Hər iki komanda üçün eyni şərait olacaq. Əvvəlki günlərlə müqayisədə irəliləyiş var. Oyun gününə kimi meydança ideal vəziyyətə gəlməsə də, xeyli düzələr".
Qeyd edək ki, Respublika stadionunun ot örtüyü hazırda yaxşı vəziyyətdə deyil.

Xəbər xətti