SON DƏQİQƏ: CAS "Xəzər Lənkəran"la bağlı qərarını verdi

20:45 - 3 Avqust 2015

"Təəssüf ki, qərar xeyrimizə olmadı"

 

Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" transferlərlə bağlı İdman Arbitraj Məhkəməsindən gözlədiyi qərarı alıb.

 

Sportal.az xəbər verir ki,  bu barədə "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "facebook" səhifəsindən məlumat verib:

 

" Bir neçə vaxtdır ki, Ali Arbitraj Məhkəməsinin qərarını gözləyirik. Təəssüf ki, qərar xeyrimizə olmadı və transfer qadağası 31 avqusta qədər davam edəcək. Cari mövsümün ilk üç oyununda bizə nə qədər ağir olsa da bu böyük camiə ilə çətinlikdən çıxacağımıza əminəm".

 

Qeyd edək ki, CAS-ın qərarına əsasən lənkəranlılar rənglərinə qatdıqları yeni futbolçuları meydana buraxa bilməyəcək.

Xəbər xətti