"Qarabağ", "Neftçi" və "Rəvan"ın oyunlarının vaxtı dəyişdirildi

14:20 - 5 Avqust 2015

Klublarımızın avrokuboklardakı oyunları ilə əlaqədədar

 

Premyer Liqanın 2015/2016 mövsümünün ilk turunun oyun cədvəlində dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqası klublarımızın avrokuboklardakı çıxışını, oyunların keçiriləcəyi stadionların tam hazır vəziyyətə gətirilməsini, matçların canlı yayımlanacağını nəzərə alaraq 3 görüşün vaxtının dəyişdirilməsini vacib bilib.

 

Belə ki,  “Neftçi” – “Kəpəz” oyunu 8 avqust tarixindən 9 avqust tarixinə keçirilib. “Rəvan” və “Sumqayıt” komandaları arasındakı oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, 8 avqustda deyil, 10 avqustda reallaşacaq. “Qəbələ” – “Qarabağ” matçı isə 9 avqustda deyil, 10 avqustda  baş tutacaq. 

Xəbər xətti