"Komanda cavab görüşünə hazırdı"
"Atletik" Bilbao ilə matçdan öncə "İnter"in baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransı olub.
Sportal.az xəbər verir ki, gürcü mütəxəssis komandasının sabahkı matça hazır olduğunu bildirib: "Komanda cavab görüşünə hazırdı və zədəli futbolçumuz yoxdur. "Atletik" komandasına yaxşı müqavimət göstərməyə hazırlaşırıq".
Növbəti mərhələyə vəsiqə qazanmaq şansı haqda verilən suala isə Svanadze belə cavab verib: "Az da olsa, ümidim var. Bu futboldur və hər şey ola bilər. Azarkeşlərimiz var və onların dəstəklərini gözləyirik".
O, komandanın yeni transferi Ruslan Əmircanovdan da danışıb: "Ruslan hələ oyuna hazır deyil və məşqlər edir. Bir müddətdən sonra onun hansı formada olub-olmamasına baxacağıq".
Təcrübəli mütəxəssis futbolçuların maaş problemin də həll olunduğunu və futbolçuların maaşlarının ödənildiyini deyib.
Qeyd edək ki, "İnter" - "Atletik" matçı sabah saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi