Roman Qriqorçuk: "Gülməli görünür"

20:50 - 5 Avqust 2015

"Bu, məni maraqlandırmır"

 

"Sabahkı qarşılaşmada hakimin portuqaliyalı olması məni maraqlandırmır. Biz yalnız öz oyunumuz barədə düşünməliyik".

 

Sportal.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

"Qəbələ" UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah "Apollon"u qəbul edəcək. Kiprdəki ilk qarşılaşmada qollu bərabərlik (1:1) qeydə alınmışdı.

 

Roman Qriqorçuk bu gün baş tutan oyunöncəsi mətbuat konfransında əvvəlcə ilk matçı ukraynalı hakimin idarə etməsi ilə bağlı sualı cavablandırıb:

 

"Bu, məni maraqlandırmır. Bu məsələni şərh vermək istəmirəm. Gülməli görsənir. Hakimin hansı ölkədən olmasının nə fərqi var? Hakimlər FİFA dərəcəlidilər. Yəni Avrokubok oyunlarına ən güclü hakimlər təyin olunurlar. Bu gün istənilən komandada əcnəbi oyunçu tapmaq olar. Düşünmürəm ki, FİFA da hakim təyin edəndə hansısa komandada kimin oynadığına önəm verir. Həmyerlim Boykonu tanıyıram. İlk görüşdəki matçda penalti qərarının doğru olduğunu da hamınız gördünüz. Boyko öz karyerası barədə düşünür. Heç bir hakim öz karyerasını hansısa komandanın qələbəsi üçün qurban verməz". (Apasport.az)

Xəbər xətti