Ronni Deyla: "Əminliklə demək olar ki, "Qarabağ" bir Avropa komandasıdır"

23:47 - 5 Avqust 2015

"İstədiyim kimi mübarizə apardılar"

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən “Qarabağ” doğma meydanda “Seltik”lə 0:0-lıq heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Seltik”in baş məşqçisi Ronni Deyla bunları qeyd edib:

 

“Komandamdam məmnunam. İstədiyim kimi mübarizə apardılar. Meydançşadnın istənilən zonasında oynaya bildik.Havanın isti olması da istədiklərimizin hamısını etməyinə mane oldu. Sərf edən nəticəni qazandıq. “Qarabağ” da çox gözəl komandadır. Ötən ilə nisbətən komandamın topu ayağında daha yaxşı saxladığını düşünürəm. Bundan sonrakı mərhələdə ümid eləyirik ki, qələbə qazanıb qruplarda çıxış edəcəyik. Əminliklə demək olar ki, “Qarabağ” bir Avropa komandasıdır”.

Xəbər xətti