"Cavidi cəzalandırmaq olardı"
Avropa Liqasının III təsnifat mərhələsində “Apollon”u 1:0 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanan “Qəbələ” tarix yazdı.
Sportal.az xəbər verir ki, ouyundan sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:
"Çox xəşbəxtik. Hamıya minnətdarlıq edirəm. Azarkeşlərə sevinc bəxş etdiyimiz üçün şadıq. Onlar da bizi çox gözəl şəkildə təmsil etdilər. Əsas heyətin bəzi oyunçularının olmamamsı oyunçular bizə çətinlik yaradacaq. Artıq çempionat da başlayır. Amma ehtiyatda da oyunçularımız var. Onlar da yaxşı futbolçulardı. Hesab edirəm ki, zədəlilərimiz də qayıdacaq. Belə ərəfədə onların dönüşü çox vacibdi. Nizam-intizamla bağlı komanda ilə söhbətimiz olmuşdu. Amma buna baxmayaraq, Cavid yenə intizamı pozdu. Onu çox istəyirəm. Amma bu hərəkətlərinə görə ondan narazıyam. Bu qədər söhbətə baxmayaraq, yenə əsəblərinə hakim ola bilmədi. Onunla yenə söhbətimiz olacaq. Cavidi cəzalandırmaq olardı. Amma onu o qədər çox istəyirəm ki, bunu etmək istəmirəm. Cavid yəqin özü səhvini başa düşüb, bir də belə etməz. Mən istərdim biz özümüzü elə aparaq ki, televiziyada bizi izləyən azarkeşlər onlardan nümunə götürsünlər. Bu rəqiblə oynamaq çox da asan deyil. Sadəcə, futbolçular emosiyalara qapıldıqları üçün tam yaxşı oyun olmadı. Rəqib də sürətli komanda idi. İdeal olmasaq da, pis çıxış etmədik. Biz növbəti mərhələdə hansısa ölkənin çempionuna qarşı oynayacağıq. Çempion isə hər yerdə çempiondu. Çox çətin olacaq.Hər iki oyunda penalti var idi və baş hakim də doğru olanı etdi. Hakimlər UEFA tərəfindən təyin olunur və onlar da bu peşənin ən yaxşılarıdı. Hakim üçün əsas qaydalardı”.
saytlarin hazirlanmasi